Müğənni Nura Suri ilə rəqqasə Oksana Rəsulova arasında qalmaqal yenidən alovlanıb.
Teleqraf.com-un məlumatına görə, Nura “Səhər-səhər” verilişində bildirib ki, Oksana ona şər atıb:
“Ana olmusan, sevin, get otur. Mən ana olanda heç kim vecimə deyildi. Ana olandan dərhal sonra efirə çıxmısan, aqressiv-aqressiv müsahibə verirsən ki, mən bilirəm, ana olacağım xəbərini bir müğənninin jurnalist dostu mətbuata ötürüb.
O xəbəri mənim mətbuat katibim yazmışdı. Ya sözü deyirsən, ad çək, ya da demə. Niyə məni şərləyirsən? Bir adamın bir sirrini kiməsə demək alçaqlıqdı. Mən bunu özümə yaraşdırmıram.
Mənim adım hallanır, özümü müdafiə etməməliyəm? Susmalıyam?”