24 Oktyabr 2018 13:42
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Səməd Səmədov 1995-ci ildə dünyasını dəyişən oğlu Emil barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, müğənni “Şou ATV” verilişində bu sözləri deyib:

“Mən xoşbəxt insanam ki, Bakıda, Bakının kəndlərində, rayonlarda əziyyətlə məclislər aparmışam. Bir tərəfdən bəxtəvərəm, bir tərəfdən də cavan oğlumu itirmişəm. Başım toylarla, məclislərlə məşğul idi. Ayda 27-28 toy oxuyurduq. Başımız toylardan ayılmırdı. Mənim imkanım olmadı oğluma dəstək olum. Oğlum dünyasını dəyişdi. Özümü çox pis hiss etdim.

Uşaq polisdə işləyirdi. 24 yaşı var idi. Axşam içkili insanlara rast gəlib. Görüb davadır, gəlib ki, onları ayırsın. Orda vurublar.

Keçmişə qayıtsaydım, o da mənim yolumla gedərdi, mənim kimi müğənni olardı. Hər atanın arzusu odur ki, övladı yaxşı, rahat yaşasın. Ola bilərdi mənim yolumla gələrdi”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər