Müğənni Roza Zərgərli “Səhər-səhər” verilişinin qonağı olub.
Teleqraf.com-un məlumatına görə, veriliş zamanı aparıcı Elgiz Əkbər Rozaya küsülü olduğu Sevinc-Sevil bacıları barədə sual verib.
İfaçı sualı bu cür cavablandırıb: “Onlar həyatdan qurtarıblar. Görmürsünüz ki, heç yerdə yoxdurlar... Əkizlərdən soruşun ki, Roza hardadır? Mən hansı pillədə olduğumu işimlə göstərirəm. Qızlar axırıncı dəfə sənin verilişində nə zaman və neçənci min ildə olublar? Amma mən hər ay verilişdəyəm”.
Qeyd edək ki, Sevinc-Sevil bacılarını ilk dəfə sənətə müğənni Roza Zərgərli gətirib. Onlar işbirliklərini bitirən gündən bu günə qədər küsülüdürlər.