25 Oktyabr 2018 14:57
1 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadından meyxanaçı olmaz.

Teleqraf.com-un məlumatına görə, bu sözləri “Səhər-səhər” verilişində meyxanaçı İntiqam-Valeh qardaşları deyib.

Onlar bildiriblər ki, meyxana qadın sənəti deyil: “Samirə Yusifqızı müğənnidir, meyxanaçı deyil. Hərdən efirlərdə, toylarda meyxana deyir. Amma onu meyxanaçı saymaq olmaz. Meyxana hara, xanım hara. Bu, düz gəlmir. Heç mən bunu qəbul da etmirəm. Meyxananı kişi deyər. Bu söhbət xanımlıq deyil”.

Samirə isə onlara cavab olaraq “Siz özünüz mənimlə duet oxumaq istəmisiniz. İndi də başqa cür danışırsınız. Belə şeylər etməyin. Mən meyxananı bacarıram. Xalq mıni belə qəbul edib”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər