25 Oktyabr 2018 20:55
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Rəhim Rəhimli barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Show news” verilişində bildirib ki, Rəhimlə barışmaq niyyətində deyil:

“Mənim haqqımda deyilən sözlərə cavab vermişəm. Necə deyərlər, düşmən cavab atəşi ilə susdurulmuşdur, itki yoxdur. Amma mənə ilişməsinlər. Bilirlər ki, mən özümü saxlaya bilmirəm, sözə cavab verməliyəm.

Bir insan tanımadan barəmdə söz deyəndə, onu anlayıram. Amma kimsə məni tanıya-tanıya söz deyəndə, mənə pis təsir edir.

O məni tanıdığı halda barəmdə düz fikir deməmişdi. Əvvəlki münasibətin yenidən bərpa olunmasını istəmirəm. Yəni o qədər söhbətlər oldu, adamın qəlbinə dəydi. Barışmaq istəmirəm.

Amma heç vaxt da “heç vaxt” demək olmaz. Məsələn Niyam Salami ilə bizi rəqqasə Fatimə ilə Rüfət Axundov bir verilişdə barışdırmışdı”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər