“O Səs Türkiyə”də çıxış edən azərbaycanlı iştirakçı Naz Dejin Türkiyə mətbuatının manşetlərini bəzəyib.
Publika.az xəbər verir ki, mahnı müsabiqəsinin dünənki buraxılışında azərbaycanlı iştirakçı Naz Dej “I Care” adlı mahnı ilə çıxış edib. Həm səsi, həm də gözəlliyi ilə diqqət çəkən Naz Dej münsiflər arasında müzakirələrə səbəb olub. Murat Bozun ifaçıya təriflər yağdırması isə Hadisənin qısqanclığı ilə nəticələnib.
Seda Sayandan başqa, Murad Boz Hadisə və Beyazıt Öztürkü özünə döndürən iştirakçı uğrunda münsiflər mübarizə aparıb. Bu zaman Naz Dejin gözəlliyi mövzusu açılıb. Acunun kinayə ilə “Hadisə gözəl qızları sevir” sözlərinə müğənni belə reaksiya verib:
“Bir nəfər çox gözəldir və qarşısındakı daha çox alqış alır deyə, onu seçməliyəm? Mən bu hadisəni 2014-cü ildə Karima ilə yaşadım. Karima məşqlərdə çox yaxşı idi, amma səhnəyə çıxanda o qədər yaxşı çıxış etmirdi. Qarşısındakı Halil də çox gözəl oxudu və çox alqışlandı. İndi mən orada qız çox gözəldir deyə Karimanı seçməli idim? Murad Boz və Acun bu məsələ ilə çox zarafat edirlər, hirslənirəm, amma mən hirslənməyəcəyəm".
Sonda Naz Muradın komandasında yarışmaq istədiyini bildirib.
Qeyd edək ki, Naz Azərbaycanda Nihad Məliklə “Azəri Mashup” adlı duetindən sonra məşhurlaşıb.