Mərhum müğənni Vidadi Bərdəlinin qızı, ifaçı Aytac Vidadıqızı növbəti dəfə ana olmağa hazırlaşır.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Show news” verilişinə danışan ifaçı bildirib ki, hamiləliyinin 6-cı ayındadır: “Qızıma qardaş gəlir. İlk dəfədir bu barədə danışıram. Belə bu mövzularla gündəmdə qalmağı xoşlamıram”.
Qeyd edək ki, Aytac Vidadiqızı türkiyəli iş adamı ilə evlidir. Cütlüyün bu evlilikdən Bəstə adlı bir qızı var.