Müğənni Aynur Dadaşova 7 il sənətdən uzaq düşməsinin səbəbini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində bildirib ki, sənətdən övladlarına görə uzaqlaşıb: “Günlərin bir günü Masallıdan toydan gəlirdim. Gecə vaxtı idi. Rayonlara toya gedəndə gecə saat neçə olur-olsun məclisdən sonra Bakıya evə qayıdıram. Bir sözlə, evə gəldim, uşağım elə baxışlarla mənə dedi ki, “”mama, getmə”.
Dedim, bəlkə də kimsə bunun xətrinə dəyib. Neçə qulluqçum olsa da, mənim kimi baxmadılar. Ananın yerini heç kim verə bilmir”.