Ulduz futbolçu Kriştiano Ronaldo italiyalı model Manuela Ferreraya aşiq olub.
Teleqraf.com xəbər verir ki, Manuela Ferrera "Diva e Donna" jurnalına müsahibəsində təcavüzdə ittiham olunan Ronaldo haqqında belə deyib: "Ronaldo ortaq dostumuzdan nömrəmi alaraq mənimlə əlaqə saxladı. Bir müddət mesajlaşdıq. "For Men 2019"dakı fotolarımı görüb və buna görə məni təbrik etmək istəyib. Mənə çox gözəl olduğumu söylədi. Ronaldo kimi bir kişidən belə təriflər eşitmək qürurumu oxşadı. Çünki ətrafı gözəl qadınlardan ibarətdir. Özü də mənim üçün ideal yaraşıqlı biridir".