23 Avqust 2014 12:58
4 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli transseksual müğənni və aktrisa Ayta Sözer "Hurriyət"ə müsahibə verib.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, yeni albomu üçün Sezen Aksu ilə işləyən Ayta orta məktəbdə oxuyarkən özündəki dəyişiklikləri hiss etdiyini etiraf edib:

"Məktəb yoldaşlarım xoşladıqları qızlardan danışırdılar. Mən isə məktəbdə məni ələ salan bir oğlanı bəyənirdim. Özümə də təəccüblü gəlirdi ki, niyə bundan xoşum gəlir? Litseyə getməyə hazırlaşanda anamla danışdım. Bu nədir, mənə kömək edin deyirdim. Gündə bir psixoloqa aparırdılar. Axırda dedilər ki, bu xəstəlik deyil. Gələcəkdə transseksual olacaq. Atam biləndə evi tərk etməyimi istədi. 20 yaşımda əməliyyat olundum. Bu günə kimi heç vaxt təcavüzə uğramadım. Gözəl deyiləm, ona görə yəqin (gülür). Rol tələb edərsə kamera qarşısında bütün qanunları qəbul edirəm. Çox gözəl öpüşürəm də, sevişirəm də".

Qeyd edək ki, Ayta hazırda "Ulan İstanbul" serialında rol alır


Müəllif:

Oxşar xəbərlər