5 Noyabr 2018 12:34
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ədalət Şükürov şəxsi həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, müğənni “Boş anlar” verilişində bildirib ki, ailəsinin şəklini sosial şəbəkədə paylaşmayacaq:

“Mən hər zaman demişəm ki, həyatda artist olmaq lazım deyil. Ailədə çox ciddi insanam. Siz görürsünüz, müğənnilər var ki, öz xanımlarının, övladlarının şəkillərini sosial şəbəkədə paylaşırlar. Amma mən göstərmirəm, göstərmək də fikrim yoxdur. İstəmirəm ki, hansısa məni tanımayan cılız bir insan o şəklə şərh yazsın. Mən sosial şəbəkələrdən narahatam”.

Qeyd edək ki, Ədalət Şükürovun bir oğlu, bir qızı var.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər