Əməkdar artist Almaz Ələsgərli yeni doğulan nəvəsi ilə şəkil yayımlayıb.
Teleqraf.com-un xəbər verir ki, ifaçı fotonu İnstaqram hesabına yerləşdirib. Müğənni paylaşımına bu sözləri yazıb:
“Allah balalarımızı xoşbəxt, bəxtəvər eləsin. Nənə olmaq çox gözəl hisdir. Hamıya nəsib olsun”.
Xatırladaq ki, bu, sənətçinin İsveçrədə yaşayan qızı Mədinənin ikinci nikahdan dünyaya gələn övladıdır. Onlar uşağa Melisa adını qoyublar. Almaz Ələsgərli qızının ikinci dəfə ailə qurduğunu mediadan gizli saxlayıb.
Sənətçinin Əminə və Mədinə adlı qız övladları var. Hər ikisi ailəli olub və ayrılıb. Mədinə isə ikinci dəfə ailə qurub.