Bir müddət öncə Türkiyədə biznes qurmaq istəyən müğənni Niyam Salami maşınsız qalıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə “ATV maqazin onlarla” verilişinə danışıb:
"1 aya yaxın maşınsız qaldım, əzab çəkdim. Maşınsız müğənni heç kimdir. İşin getməz. Həmkarlarım yox, elə insanlar kömək etdilər ki, sağ olsunlar. Başımı örtən evim var. O evdə çəkdiyim problemləri yaxşı ki, özüm bildim. Heç kim bilmədi. Elə şeyi sevmirəm ki, kimsə mənə pul versin. Verib sonra əvəz istəyəcəklər. 100 min də verən adam, 1 milyon istəyəcək.
Ona görə, öz səsimin pulunu istəyirəm hər kəsdən. Dostumun da məclisinə gedəndə deyirəm, filan yerə 1000 manata gedirəm, sən 200 verərsən. Amma haqqımı ver".
Qeyd edək kİ, Niyam Salami və həmkarı Samir Piriyev Türkiyədə restoran biznesi qurduqlarını, bir müddət sonra bizneslərinin dayandırdıqlarını və Türkiyədə işlərinin alınmadığını demişdilər.