“People” jurnalı 2018-ci ilin ən seksual kişisinin adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu ada britaniyalı aktyor İdris Elba layiq görülüb.
46 yaşlı İdris Elba “Rok-n-rolçu”, “Böyük oyun”, “Prometey” filmləri və “Top” adlı serialda çıxış edib. O, “Lüter” serialında baş rolu canlandırıb.