10 Noyabr 11:52
512

Brazilyalı süpermodel Adriana Lima 19 il çalışdığı “Viktoriya Sekret” şirkəti ilə bu il yollarını ayırıb.

Teleqraf.com xəbər verir ki, 37 yaşlı model son dəfə çıxdığı podiumda göz yaşlarına hakim ola bilməyib.

Lima moda nümayişindən sonra sosial media hesabında bu sözləri yazıb: “Sevgili “Viktoriya”, dünyanı göstərdiyin, sirlərini paylaşdığın, ən önəmlisi qanad verməklə uçmağı öyrətdiyin üçün təşəkkür edirəm”.

Qeyd edək ki, mavi gözləri, qəhvəyi saçları və düzgün qaməti ilə dünyanın ən cazibədar və gözəl qadınları arasında Adriana Limanın adı başda gəlir.


Müəllif: Aytən Yusifova
Загрузка...