11 Noyabr 2018 14:24
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikaya köçən azərbaycanlı aparıcı Günel Hümbətova sosial şəbəkədə yeni fotolarını paylaşıb.

Teleqraf.com-un məlumatına görə, onun fotoları maraqla qarşılanıb.

Xatırladaq ki, sənədlərində problem olduğu üçün Günel uzun müddətdir Bakıda yaşayırdı. Hazırda problemi aradan qaldıran Hümbətova qızı ilə birlikdə Nyu-Yorkda həyat yoldaşının yanına köçüb.

Aparıcı özünün və övladının orada saat rejiminə öyrəşməkdə çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, Günelin həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.

Aparıcı 2 ildən çoxdur ki, Bakıda yaşayırdı.


Müəllif: Aygül Qarayeva