Emina Yahovicdən boşandıqdan sonra adı bir çox gözəllə hallanan Mustafa Sandalın gizli eşqi ortaya çıxıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı İrmak Ünalla sevgili imiş.
Qeyd edək ki, aktrisa Türkan Şorayın ögey qızı, keçmiş əri Cihan Ünalın qızıdır. Aktrisanın 41 yaşı var.
48 yaşlı Mustafa isə Emina ilə 10 il ailəli olub. Cütlüyün birgə nikahdan iki övladı var.