Xalq artisti Aygün Kazımova mərhum xalq artisti İlhamə Quliyevanın Primadonna tituluna sahib çıxmaqdan imtina edib.
Teleqraf.com-un məlumatına görə, “ATV maqazin onlarla” verilişinə danışan müğənni bildirib ki, bu titulun əbədi sahibi İlhamə Quliyevadır: “Rəhim Rəhimli verilişlərin birində söylədi ki, özü qəbul etməz, amma Primadonna titulu Aygün Kazımovaya yaraşar. Dostum Rəhim tamamilə haqlıdır, amma mən bunu qəbul etmirəm. Çünki bizim bir Primadonnamız var. O da tarixdədir. Allah ona rəhmət eləsin”.