Bir zamanlar aralarında qalmaqal olan müğənni Xatirə İslamla Günay İbrahimli barışıb.
Teleqraf.com-un məlumatına görə, iki məşhur el məclislərinin birində barışdıqlarını bəyan ediblər.
Xatirə Günayla şəklini paylaşaraq, “Gözəlim, tezliklə sənin xınanı özüm yaxacam” şərhini yazıb.
Qeyd edək ki, müğənnilər arasında qalmaqal Xuraman Şuşalının anasının yas mərasimi zamanı düşmüşdü. Xatirə açıqlama verərək, Günayın dəyişildiyini qeyd eləmişdi: “O vaxtlar qarşılaşmışdıq. Günay stuldan duraraq dedi ki, Xatirə xanım, gəlin əyləşin. Evdə dedim ki, o qız necə tərbiyəli qızdır. Durdu öz stolunu mənə verdi. Üstündən bir müddət vaxt keçdi. Xuraman Şuşalının anası rəhmətə getdi. Mənə zəng gəldi. Gördüm bir qızdır. Dedi salam, Günay İbrahimlinin produseriyəm.
Günay xanım dedi ki, Xuraman xanımın anasının yas yeri haradadır? Dedim, get ona de ki, hələ darıxmasın. Əgər telefonu mən götürmüşəmsə, sənin köməkçin məni yığa bilməz. Elə bir müğənni yoxdur ki, onun köməkçisi məni yığsın. Özü yığsın. Mən adamyeyənəm?”.