13 Noyabr 2018 20:31
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, "Cümhuriyyət suitası" adlanan ekran işinin rejissoru Nail Naiboğludur. Fatimə bəstəkar Nailə Mirməmmədlinin mahnısına növbəti rəqsini qurub.

Gecənin səbəbkarı tədbirdə təəssüratını bölüşüb: "Günün ən xoşbəxt insanı mənəm. Bu gün aylardır gözlədiyim layihəmin təqdimatını edirəm. Bəli, Vətənimin peşəkar rəqqasəsi olaraq, öz borcumu layiqincə yerinə yetirirəm. Bu işimi Azərbaycanın Cümhuriyyətinin 100 illiyinə həsr etmişəm".

Rejissor Nail Naiboğlu bildirib ki, bu sayca Fatiməyə çəkdiyi 6-cı klipidir və bu onların içərisində ən bahalısıdır. Ekran işinin çəkilişləri Şəhidlər Xiyabanında və Qobustan Dövlət Qoruğunda baş tutub.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər