14 Noyabr 2018 16:21
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faytonçu Nazim noyabrın 29-da Heydər Əliyev Sarayında verəcəyi “Darıxmışam, Bakıdan danış” adlı konserti ilə bağlı mətbuat konfransı keçirib.

Teleqraf.com-un məlumatına görə, bir müddət öncə səhhətində problemlər yaranmış ifaçı Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşüb.

50 yaşlı müğənni bildirib ki, konsertdə tamaşaçıları bir çox sürprizlər gözləyir: “Düşünürəm ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək.

Səhhətimlə bağlı Azərbaycandan kənarda müalicə alan zaman Bakım üçün darıxmışdım. Elə istəyirdim ki, Bakıdan yanıma kimsə gəlsin, Bakımın iyin alım. Sonda onu da deyim ki, konsertdə məni bu hala salan həkimlə yanaşı, məni sağaldan həkim də olacaq".

Nazim bildirib ki, konsertdə israilli müğənni Liyora da iştirak edəcək.

Qeyd edək ki, konsertin rejissoru Aqil M. Quliyev, aparıcısı Kamran Həsənli olacaq. Biletlərin qiyməti 10-80 manat arasındadır.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər