15 Noyabr 2018 18:14
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçılar Vüqar Əbilovla Ehtiram və İntiqam qardaşları arasında qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, qardaşlar “Səhər-səhər” verilişində həmkarları barədə bu sözləri deyiblər:

“Vüqar Əbilovla üz-üzə gəlmişik, ikinci dəfə bunu istəmirəm. Ürək bulandıran sözlər var. İstəmirik buna qarışaq. Hər aşığın öz dövranı var. Qabağa gedəni ayağından çəkməyə çalışırlar. Bu da alınmaz. Şabaş yığmaq üçün toya gedirlər. Bunlara qarışmırıq.

Ağsaqqal meyxana deyənlər öz işlərini görür. Vüqarın xətrini çox istəyirəm, toylarda aparıcılıq edir. Amma çıxıb efirdə danışması yersizdir. Özümüzə zəng vurub deyin, efirdə reklam etməyin. Gündəmdə qalmaq üçün parlayanı pisləyirlər. Kimsə məclisə çox gedirsə, köhnələr qısqanmağa başlayır”.

Qeyd edək ki, Vüqar Əbilov meyxanaçıların sənətdən uzaqlaşdığını demişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər