Xalq artisti Brilliant Dadaşova qəzəblənib.
Teleqraf.com xəbər verir ki, o Maldiv adalarında çəkdirdiyi fotoları internet saytlarında açıq-saçıq adı altında təqdim edən bəzi jurnalistləri və şərh yazan oxucuları hədəf göstərərək öz Facebook səhifəsində gileyini belə dilə gətirib:
““Vay Xalq artistinin də ayaqları var imiş”, “O da Maldivdə 60 dərəcə istidə həm də dəniz kənarında torpağın üstündə qısa patlarla telefonuna şəkil çəkdirə bilərmiş”, “Olmazdımı ki, “PERİFEYİ”dan gəlib Maldivdəkilərə “mədəniyyət” öyrədərdi”, “A biabırçılıq”. Əziz bəzi jurnalist qardaşlarımız, soydaşlarımız, ümid edirəm ki, 21-ci əsrin sonlarında belə olsa inşallah vaxt gələcək doğma övladlarınız belə sizin “açıq-saçıq” geyim “anlayışınıza” güləcəklər. (Quzu kəsərəm açıq –saçıq anlayışınıza)”
Pərvin