19 Noyabr 2018 10:01
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səs Azərbaycan" musiqi müsabiqəsinin finalçısı Tofiq Hacıyev yeni “Sən” adlı klipini təqdim edib.

Teleqraf.com-un məlumatına görə, xalq artisti Faiq Ağayevin qrupunda yarışmış istedadlı gənc bildirib ki, yeni bəstəsinin müəllifi özüdür.

Ekran işinin rejissoru Orxan Süleymanlı, ideya müəllifi Emil Musayevdir. Klipdə müğənninin tərəf müqabilləri aparıcı Pərvanə Tahirqızı və Ulduz Bayramdır. Mahnının aranjimanı Emil Əliyevə məxsusdur.

Müğənni klip üçün məxsusi olaraq saçlarını gümüşü rəngə boyayıb.

Qeyd edək ki, Tofiq Hacıyev Azərbaycanda keçirilən Formula 1 yarışlarının rəsmi "Könüllülər himni"nin söz-musiqi müəllifi və ifaçısıdır.

2015-ci ildə Bolqarıstanda keçirilən "Discovery International Pop Music" festivalında "2015 Avropanın ən xarizmatik artisti " nominasiyasının qalibidir.


Müəllif: Aygül Qarayeva