Əməkdar artist Elza Seyidcahan onu tənqid edən şou nümayəndələrinə sosial şəbəkədə status həsr edib.
Teleqraf.com-un məlumatına görə, bəstəkar-müğənni mərhum xalq artisti İlhamə Quliyevanın onun barəsində dediyi xoş sözləri paylaşaraq, öz fikirlərini də əlavə edib: “Salam olsun məni sevənlərə, duyanlara, hiss edənlərə, dərk edənlərə. Məni dərk edib həzm edə bilməyənlər isə nəinki məni, hətta Allahın şah əsərləri olan gözəlliklərə qarşı üfünətli nəfəslərini yanımda çəkə bilmir, öz saxta, süni, savadsız, maskalı münasibətlərini gizlətməyi bacarmırlar.
Elza Seyidcahan xanımın hər çıxışı illərin müzakirəsinə dönür. Bunu çoxları bilir və təsdiqləyir, təəccüblənir. "Ayə niyə bu bizim ağlımıza gəlmədi?" deyirlər.
Mərhum sənətkarımız, unudulmaz Xalq artistimiz mügənni İlhamə Quliyeva haqqımda belə deyib: "Mən şəxsən bir sənətkar kimi Elzanın hər çıxışından böyük zövq alıram, mən onu dinləyirəm, çünki onun hər çıxışında bir şok sənət nümunəsi var. O heç kəsə bənzəmir. Elzanın öz yolu, öz dəsti-xətti, Elzanın öz mədəniyyəti öz tərbiyyəsi var".
Baxmayaraq ki, İlhamə xanımın sağlığında onun əlindən öpənlər, indi isə ona utanmadan İlhamə deyirlər, ancaq Elza Seyidcahana qarşı, bəzi anlaşılmaz hərəkətləri olsa belə, Elza ona “sənətkar İlhamə xanım”deyir, ruhuna Yasin oxutdurur, adına ehsan verib, qəbri üstünə ağ çiçəklər düzür (İlhamə xanım ağ çiçəkləri sevirdi) və onun yaxın qohumlarını xeyir işlərdə görəndə hər birini salamlayıb diqqət göstərir.
Bir çoxları kimi sağlığında onu qorxudan tərifləməmişəm, öləndən sonra isə söyməmişəm.
Əksinə mən sağlığında onunla mūbarizə aparmışam. Bir çoxları məni görəndə qulağıma pıçıltı ilə “sən əjdahasan” deyirdi… O, rəhmətə gedəndə isə onu bağışlamışam, halallığımı vermişəm, cənazəsinə apardığım ağ çiçəklər isə orada əklillər əlindən ayaq qoymağa yer olmasa belə, onun başdaşına sarmaşıq kimi sarımışdı. Bu, ancaq İlhamə xanımın ruhunun gücündən belə ola bilərdi.
Siz bunu anlayın birdəfəlik, ey bədxah məzlumlar. Nə qədər pislik, haqsızlıq, nankorluq etsəz, bəlkə birtəhər onu Allahdan gizlədərsiz düşünürsüz. Allahın qəzəbli cəzasına gəlib çıxırsız, Tanrı sizi yönəldir ki, gedin Elza Seyidcahana sataşın”.