19 Noyabr 2018 23:15
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Firuzə İbadova “Öz evimizdir” verilişində qonaq olub.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Lalə qızlar ansamblı”na gəlişi ilə bağlı xatirələrini bölüşüb:

“Mən hələ uşaq xorunda oxuyurdum. Nisə Qasımava Əfsər Cavanşirova deməmişdən öncə Ceyran Haşımovaya demişdi ki, mənim bir rəfiqəm var. Çox istəyirəm ki, o rəfiqəm bu ansambla gəlsin. Və mən gəldim.

Oxuyarkən başladım ağlamağa. Ceyran müəllimə soruşdu ki, niyə ağlayırsan? Dedim, utanıram. Solo ifaçı kimi 70-80 uşağın qarşısında çıxış edirdim, utanmırdım.

Mən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının otaqların birində məşq edirəm, gördüm Maestro Niyazi, Ceyran Haşımova... Aman Allah, mən burada oxuyuram. O zaman elə bilirdim qorxuram, amma o, mənim daxilimdəki abır-həyadan irəli gəlirdi ki, özünü yığışdır, yaxşı oxumalısan”.


Müəllif: Aygül Qarayeva