20 Noyabr 2018 11:21
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovdan boşanmasından danışıb.

Teleqraf.com-un məlumatına görə, “Show News” verilişinə danışan müğənni bildirib ki, boşanmaq addımını ilk olaraq özü atıb. O bildirib ki, yeni təqdim etdiyi “Problemdir sevgimiz” mahnısını həyat yoldaşı Anar Cəlilovdan ayrıldığı dövrdə yazdırıb:

“Əvvəl sevmək daha gözəl idi. Bəlkə də, indi qocalmışam. Fikirləşirsən ki, oğlan gedib başqa yerdə nələrsə danışar. Sonra görürsən ki, heç kim qalmayıb. İnsan həyatında olan insandan ayrılır və düşünür ki, dedi-qodulara son qoymaq üçün çıxıb nə açıqlama versin. Bu, böyük bir problemdir”

Həyat yoldaşı ilə ayrıldığı ərəfədən söz açan müğənni bunları deyib: “Belə qərara gəldik ki, boşanmaq üçün birinci mən müraciət edim. Kişi müraciət etsə, daha çox söz-söhbət yarana bilər. Görün, necə yaşayırıq, insanlar sakit boşana da bilmir. Yəni, mahnı mənim üçün çox təsirlidir”.


Müəllif: Aygül Qarayeva