Əməkdar artist Elza Seyidcahanla müğənni Kərim Abbasov arasında qalmaqal səngimək bilmir.
Teleqraf.com-un məlumatına görə, ifaçı mərhum xalq artisti İlhamə Quliyevanın Elza Seyidcahan barədə dediyi tənqidi fikirləri sosial şəbəkədə paylaşaraq, bu sözləri qeyd edib:
"Oxumağın bərbad, şairliyin isə fəlakət". Bu sözləri mən yox, sənətkar deyib. Bir az dincəlin, Elza. Allah bilib niyə dəvəyə qanad verməyib".
Qeyd edək ki, əməkdar artistin Kərimlə birgə efirə çıxmaq istəməməsi bu qalmaqalı daha da alovlandırmışdı.