21 Noyabr 2018 10:43
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ədalət Şükürov “Pəncərə” verilişinin qonağı olub.

Teleqraf.com-un məlumatına görə, ifaçı verilişdə şəxsi həyatından da danışıb.

Bildirib ki, heç vaxt ailə şəklini sosial şəbəkədə paylaşmaz:

“Kim ailə şəklini paylaşır, yaxşı edir. Amma mən paylaşmıram. Elə bir ailədə böyümüşəm ki, bizdə hər şey ciddi idi. Mən ailə şəklimi yalnız yaxınlarıma, dostlarıma göndərə bilərəm. Amma özüm sosial şəbəkədə paylaşmaram. Mən istəmirəm ki, tanımadığım şəxs ailə şəklimizə nəsə yazsın. Bunu heç kəs sevməz. Mənim nə oğlum, nə qızım, nə də həyat yoldaşım kiməsə şərh yaza bilməz. Yalnız tanıdığları rəfiqələrinə və dostlarına yaza bilərlər. Çalışın övladlarınızın, həyat yoldaşınızın şəkillərini sosial şəbəkədə paylaşmayın.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər