21 Noyabr 2018 22:40
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarova anası ilə fotosunu paylaşıb.

Teleqraf.com-un məlumatına görə, aktrisa şəklə öz düşüncələrini də qeyd edib:

“Sən mənim nəfəsim, başımın tacısan. Gözəl, qayğıkeş, mərhəmətli, nur üzlü anam. Məni hamıdan çox tanıyan, hamıdan çox bilənsən. Məni öpüb qucaqladığın an dərdlərimi yox edən tək varlıqsan. Səbrli, həssas, qoruyucu mələyimsən. Səni hamıdan, hər şeydən çox istəyirəm. Bu həyatda mənim üçün birinci Allah, ikinci sənsən.

Ana bu dünyadakı müqəddəs varlıqdır. Hər kəsin anası özünə əziz olduğu kimi, mənim anam da mənim üçün hamıdan əziz, önəmli və hər şeydən dəyərlidir. Necə deyərlər, anam bir yana, dünya bir yana. Onun tək bir sözünə, istəyinə görə hər şeyimi qurban verərəm, hətta xoşbəxtliyimi belə.

Üzündəki təbəssümünün solmaması üçün əlimdən gələn və gəlməyən hər şeyi bacardığım qədərilə etməyə çalışıram”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər