“O Səs Türkiyə” musiqi yarışmasında münsiflər heyətinin üzvü müğənni Hadisə performansından təsirləndiyi iştirakçıya qeyri-adi təklif irəli sürüb.
Teleqraf.com xəbər verir ki, Hadisənin yarışda iştirak edən Safi Ocak adlı gəncə etdiyi təklif hər kəsi təəccübləndirib.
Müğənni gəncə albom çıxarmağı vəd edib:
“Mahnı və studiya xərclərini özüm çəkəcəyəm. Çıxaracağın sinql üçün nə lazımsa, edəcəyəm. Səni dəstəkləyirəm”.
Yarışa qatılan gənc iştirakçı Hadisənin bu təklifindən sonra onun komandasında davam etməyə razılıaşıb.