Xalq artisti Flora Kərimovanı ölümlə hədələyiblər.
Teleqraf.com-un məlumatına görə, müğənni bu barədə “ATV maqazin onlarla”da danışıb.
İfaçı onu hədələyənin adını çəkməsə də müğənni olduğunu deyib:
“Mən ölməsəm, sağ qalsam, görməyəcəksən. Öləndə də sözüm eşidilir. Bir az dilinə sahib ol. Ehtiyatlı ol. Vəsiyyət edirəm, başıma bir iş gəlsə, səndən soruşacaqlar. Əlimdə sənin kimliyindən kağız var. O özündən o qədər razıdır ki, məni təhqir eləyir. Heç olmasa, elə əməliyyat etdirərdi ki, xalı görsənməyərdi. Bəs bilmirsən ki, leylək başını gizlədəndə quyruğu görsənir. İstəyirsən sənətkarları öyrət ki, səni tərifləsinlər, sən o kürsünü görməyəcəksən”.
Qeyd edək ki, sosial şəbəkədə bir çoxları Flora Kərimovanın bu sözlərini xalq artisti Faiq Ağayevə ünvanladığını iddia edib.
Müğənnilər illərdir ki, küsülüdür. Faiq Ağayev bir müddət öncə millət vəkili olmaq istəyini açıqlayıb.
Flora Kərimovanın “Sən o kürsünü görməyəcəksən” ifadəsi, məhz “Meqa star”ın ünvanına deyildiyi iddia olunur.