29 Noyabr 2018 10:32
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahanla müğənni Kərim Abbasov arasında qalmaqal yenidən alovlanıb.

Teleqraf.com-un məlumatına görə, Kərim Abbasov sosial şəbəkədə status yazaraq bildirib ki, Elza Seyidcahan onu döydürmək istəyir:

"Sizə danışım Elzanın məni döydürməklə hədələməsindən. Qadın üzümə deyir ki, səni döydürəcəm və başına oyun açdıracam. Yanımda da Allah şahidi iki müğənni var idi. Elza xala (əslində nənəsən), məndən böyük olduğuna görə xala deyirəm. Nəinki sənin, hətta sənin əbəjdadının başı üçün deyil məni döydürmək. Sənin başın qaçıb, deyəsən. Onu başqa yerdə axtar. Ağıllı ol. Səninlə qanun qarşısında görüşərik.

Görüm sən kimsən məni döydürürsən. Azərbaycan Respublikasında yaşayırsan və qanunları düşün. Sonra başına nələr gələ bilər. Bu sənin üçün itlərə konsert vermək deyil. Ya da rəhmətlik İlhamə Quliyeva demişkən, pulun çoxalıb, xərcləməyə yer tapmırsan.

Səni Rasim Balayev kimi sənətkar yudu sərdi. Yerinə olsam, efirlərə çıxmazdım. Rasim Balayevi indiyə qədər belə əsəbi görməmişdim. Elza, mən sənin girdiyin kol deyiləm. Bir daha deyirəm, bir az “xod”undan al. Yoxsa müvafiq orqanlara cavab verməli olarsan ".

Qeyd edək ki, Elaz Seyidcahan "ATV maqazin onlarla" verilişində Damlanın fotosunu cırıb, Kərim isə onu qınayıb. İfaçılar arasında qalmaqal bundan sonra başlayıb.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər