3 Dekabr 2018 16:12
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri mətbuat konfransı keçirərək “Gitme” adlı yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, ifaçı konfrans zamanı yeni klipindən söz açaraq, çəkilişlərin iki gündə tamamlandığını bildirib:

"Mahnının sözləri Zülfi Bədəlova və mənə, eyni zamanda musiqisi də mənə və Əvəz Muradova məxsusdur".

Konfrans zamanı bildirilib ki, klip üzərində 15 nəfərlik komanda çalışıb.

"Gitme"ni gənc rejissor Nuran Məmmədov ərsəyə gətirib. Müğənninin stili üzərində isə rejissorun özü və Elnur Həsənov çalışıb.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər