3 Dekabr 2018 17:15
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam onun geyimini tənqid edən əməkdar artist Məlahət Abbasovaya cavab verib.

Teleqraf.com-un məlumatına görə, Xatirə bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:

“Hörmətli Məlahət Abbasova, əgər məni tanımırsınızsa, siz hardan bilirsiz ki, mən yaxşı oxuyuram? Bəlkə səsim yoxdur? Nə Azərbaycanda, nə də Türkiyədə bir iz qoymusuz. Keçən ilədək sizi tanımırdım. Keçən il müğənnilərimizdən birinə belə söz atdız. Ondan sonra sizi tanımışam. Birincisi, həmin tədbirə məndən başqa müğənnilər də qatılıb. Məndən də açıq-saçıq geyinənlər olub. Əcəb edib geyiniblər. Onların şəxsi işidir. Onlar arasında niyə mənə qarşı belə rəy yazmısız? Deməli, sizin mənimlə qərəziniz var.

Düşünürəm ki, siz düz edib Türkiyəyə getmisiz. Azərbaycanda qalıb sənətkar olmaq çətindir. Burada Rasim Balayev, Məleykə Əsədova var. Siz onlar olan yerdə nə edə bilərdiz? Siz Rasim Balayevsiz ki, mənə irad bildirirsiz? Xahiş edirəm, dinləmədiyiniz müğənni haqqında rəy yazmayın. Məni tanımırsız? Məni şəhid anaları, Lələtəpədə vuruşan oğlanlar, xəstəxanada ehtiyacı olan insanlar tanısın”.

Xatırladaq ki, M.Abbasova instaqramda Xatirənin paltarı barədə “Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş, bədəninə uyğun geyim seçərdi” rəyini yazmışdı.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər