Əməkdar artist Məlahət Abbasova və müğənni Xatirə İslam qalmaqalı səngimək bilmir.
Teleqraf.com xəbər verir ki, Xatirə növbəti dəfə aktrisaya videomüraciətlə cavab verib.
O, Məlahət Abbasovanı söhbətə son qoymağa çağırıb:
"Götürüb süpürgəçilərin şəklini düzürsüz və altdan yazırsınız ki, namusu ilə pul qazanan süpürgəçilərin qarşısında baş əyirəm. Başa salın görüm, bu məsələnin süpürgəçilərə nə aiddiyyəti var? Onların şəklini qoyub özünüzə xal qazanırsınız?
Siz ağzınızdan səhv buraxmısınız və cavabını da almısınız. Lazım deyil belə şeylər etmək. Hörmət qazanmaq lazımdır şəhid analarının, əsgərlərin, xəstə uşaqların yanında.
Süpürgəçilərə, imkansızlara hörmət eləmək lazımdır, yoxsa yalanda şəkil qoymaq lazım deyil. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Məncə, bu, son olsun, pərdəli bitsin hər şey".
Xatırladaq ki, Məlahət Abbasova "Altın kelebek"də səhnəyə çıxan Xatirə İslam haqqında "Bizimkilər niyə bu qədər açılmağa istəklidirlər, başa düşmürəm. Dəhşətlə izləyirəm. Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi. Sadə, amma şık geyim olsaydı, daha gözəl olardı" sözlərini demişdi.
Aktisaya cavab olaraq Xatirə İnstaqram səhifəsində canlı yayımda Məlahət Abbasovanı tanımadığını və təkcə süpürgəçi obrazında rol oynadığını qeyd edib.
Xatirə İslamın bu sözlərinə isə Abbasova süpürgəçilərin şəklini paylaşaraq cavab verib. O, qeyd edib ki, namusu, qeyrəti ilə pul qazanan süpürgəçilərdən utananlar utanmalıdırlar.