Müğənni Aslan Hüseynov “Praym şok” verilişinə əməkdar artist Cavanşir Məmmədovun eyni qısa qol kostyumundan geyinib.
Teleqraf.com-un məlumatına görə, verilişin aparıcısı, əməkdar artist Çingiz Əhmədov Cavanşirdən sonra Aslanın geyiminə lağ edib: “Aslan, canına azar. Mənim əynimdəki geyim zövqü olanlar üçündür. Səndə zövq yoxdur”.
Aslansa geyiminə lağ edən aktyora belə cavab verib: “Elə həmin pencəkdir. Sadəcə tərs üzünə geyinmişəm. Şükür Allaha, zövqüm yoxdur”.
Qeyd edək ki, Çingiz Əhmədov verilişinə qısaqol pencəkdə gələn Cavanşir Məmmədova belə atmaca atmışdı: “Atelyedə usta deyib ki, parçası çatmayıb, ona görə də efirə belə gəlib. Amma necə də gəlsə, qəbulumuzdur”.