Tanınmış azərbaycanlı reper Qurd həyat yoldaşından boşanmasından danışıb.
Teleqraf.com-un məlumatına görə, reper “Səhər-səhər” verilişində bildirib ki, xanımından boşansa da münasibətləri normaldır: “İkinci dəfə ailə qurmamışam. Boşanmışam, uşaqlar anası ilə yaşayır. Yaxın münasibətlərimiz var. Aliment ödəyirəm. Nə qədər ödədiyimi deməyəcəm.
Bu barədə çox danışmaq istəmirəm. Özümə yaraşdırmıram. Çünki biz ayrılsaq da münasibətimiz normal olaraq qalır. Uşaqlarımızla birgə istirahətə də gedirik. Heç kəs öz qismətini öncədən bilmir.
Rəsmi ayrılmışıq, münasibətlərimiz nə zamansa düzələ bilər. Evliliyin 10 illiyində kimlərsə dözür, kimlərsə yox. Bunun fəsadlarını nə uşaqlar, nə də kənardakılar çəkməlidir. Biz bunun üçün çalışırıq”.