Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ötən gün oğlu Cihangirlə birgə alış-veriş mərkəzlərindən birində foto-kameraların hədəfinə tuş gəlib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Günay yaxın günlərdə Amerikaya gedəcəyini bildirib:
"Gələn həftə Nyu-York moda həftəsi üçün Amerikaya gedəcəm. Bundan başqa, serial dərsləri alıram. Sürpriz bir layihə ilə qarşınıza çıxa bilərəm".
Qeyd edək ki, Günay Musayeva bir neçə ay öncə özünə tapdığı yeni sevgilisi ilə Amerikaya getmişdi.