Müğənni Zeynəb Dostəliyeva həmkarı Xatirə İslamın “Altın kelebek” gecəsinə geyindiyi geyimi bəyənməyib.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində bildirib ki, Xatirənin geyimi uğursuz olub: “Xatirə heç vaxt açıq geyinməyib. Sosial şəbəkədə isə açıq geyimdə şəklini gördüm. O mənim balam yerindədir.
Burdan ona demək istəyirəm ki, o geyimlər Röyaya, Aygünə yaraşıb. Yaxşı deyən də olub, pis deyən də. Buna baxmayaraq onlar bu geyimlərin formatını götürüb. Başqa elə bir müğənni tanımıram ki, elə geyinsinlər. Onlar açıq-saçıq geyimdə qəbul olunublar.
Amma xalq Xatirəni açıq geyimdə görməyə alışmayıb. Ona görə də axırıncı geyimini hamı müzakirə etdi”.
Zeynəb Dostəliyevanın fikirlərinə “Keyxanım” ləqəbli aktrisa Ülviyyə Əliyeva etiraz edib. Bildirib ki, Xatirəyə həmin geyim yaraşır.
Qeyd edək ki, Zeynəb Dostəliyeva xalq artisti Nazpəri Dostəliyevanın bacısıdır.