“Bu gün saçımı hansı formada yığım” sualı bütün xanımları düşündürən əsas problemlərdən biridir...
Qarşıdan payız gəlir... Bu o deməkdir ki, havaların dəyişməsi bizim stilimizə də təsir göstərəcək. Xüsusən də saç stilimizə.
Bəs, bu payızda hansı saç stili dəbdə olacaq?
Bu il əsasən, təbii görünüşlü saçlar dəbdədir. Dolğun görünən qabarıq saçlar da bu ilin favoritləri arasındadır.
“Atguyruğu”, müxtəlif formalı toppuzlar və hörüklər sizi daha incə və cəlbedici göstərəcək.
Teleqraf. com ulduzların timsalında 2014-ün payızında dəbdə olacaq saç stillərini təqdim edir.
Ülkər