Bir müddət öncə növbəti dəfə ana olan müğənni Rəqsanə İsmayılova formada qalmasından danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı sosial şəbəkədə status yazaraq bildirib ki, xeyli arıqlayıb: "Heç bir əməliyyat etdirməmişəm, etsəm deyərəm. Hamiləlikdə sentyabra qədər 80 kiloqram idim.
Uşaqlar dünyaya gəldiyi gündən stress yaşayıram, yemirəm. Bəzi dərmanlar qəbul edirəm ki, ona görə yeməliyəm. Soruşursuz, uşaqlara süd verirəm?
Vermirəm, çünki uşaqlarım dünyaya gələndən reanimasiyada, küvəzin altında qaldılar. Onlar qidanı burunlarından zont vasitəsilə qəbul edirlər. Arıqlamaya davam edirəm".