“Eurovision” təmsilçilərimiz, müğənni Səmra Rəhimli “Altın Kelebek”in yarımfinal konsertindəki geyimindən danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Show News” verilişində ona yazılan tənqidi şərhlərə bu cür münasibət bildirib:
“Tərifləri yaxşı qəbul edirəm. Tənqidlərə və təhqirlərə isə fikir vermirəm. Mən bu sənətə gələndə artıq bunlara hazır idim. Mən “Altın Kelebek” mükafat gecəsinə də öz səhnə obrazımla qatıldım. İnsanlar məni belə görməyə artıq alışırlar. Hər işimə ciddi yanaşdığım kimi buna da ciddi yanaşdım. Rəqs, şou, səhnə...
İstədim şou göstərim ki, əsl müğənni səhnədə necə olar, insanlar onu görsün. Səhnə və şəxsi həyat arasında bir cizgi olmalıdır. Yəni bunlar ayrı-ayrı insanlardır”.