Müğənni Gülay Zeynallı qadınlara bir neçə məsləhət verib.
Teleqraf.com-un məlumatına görə, "10-dan sonra" verilişinə qonaq olan ifaçı bu sözləri deyib:
"Qadında belə bir xüsusiyyət var, sevəndə elə bilirsən ki, o sənin həyatından heç vaxt getməz. Amma qəlbi sınanda elə gedər sənin həyatından, düşünərsən ki, belə bir insan olubmu? Qadınların 99 faizi qəlbi ilə sevir. Ona gör də qadınla kişi ayrılanda ən çox əziyyəti qadın çəkir".
Qeyd edək ki, Gülay idmançı Kamil Zeynallı ilə ailəlidir. Onların bir qızı var. Cütlüyün bu yaxınlarda boşanma xəbəri yayılmışdı.