12 Dekabr 2018 11:13
2 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultan ərə getmədən uşaq dünyaya gətirən şou-biznes məşhurlarına tənə vurub.

Teleqraf.com-un məlumatına görə, ifaçı tele-kanalların birində həmkarlarına bu sözləri ünvanlayıb:

"Uşağım olsun deyə doğum – belə olmaz axı. Uşağı doğanda onu, atasını fikirləşmək lazımdır. Yoxsa uşaq sınıq böyüyür. Bizdə də bu dəb halını alıb: "Ürəyim istəyir, doğuram". Ola bilər ki, mənim də həyatımda sevdiyim insan olsun, bundan sonra toy edəsi deyiləm ki.

Amma aramızda nikah olmalıdır. Ailəmiz bilməlidir. Bu başqa bir şeydir.

Uşaq halallıqla olsa, daha gözəl olar. Mənim üçün ilk növbədə Allahın kəbinidir. Mənim heç kimin həyatına qarışmağa ixtiyarım yoxdur. Ərə ər kimi hörmət etmək lazımdır. Ərə “zontik” kimi baxmaq lazım deyil".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər