Müğənni Elnarə Xəlilovanın oğlu Miryunis konfetdən zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib. O, övladının zəhərlənməsinə səbəb olan konfetin şəklini səhifəsində paylaşaraq, valideynlərə xəbərdarlıq edib:
“Miryunisin nədən zəhərləndiyi artıq məlum olub. Sizlər də övladlarınızı qoruyun sovurma konfetdən. Artıq məktəbdə satışı dayandırıldı, siz də almayın. Məlum olub ki, onun içində olan turş maddənin tərkibində kimyəvi maddə var və bir başa beyinə təsir edir. Allah bütün balaları qorusun. Bu hadisə oğlumun sinif yoldaşının başına gəlmişdi 2 gün öncə. Uşaq 1 gün reanimasiyada huşunu itirmiş vəziyyətdə qaldı. Şok vermişdi ona. Uşaqlarınıza tapşırın bu konfetdən almasınlar”.