14 Dekabr 2018 14:10
2 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il martın 8-də məşhur türk müğənnisi Sibel Canın Bakıda konserti baş tutacaq.

Teleqraf.com-un məlumatına görə, bununla əlaqədar biznesmen xanım Ruhi Əliyeva Türkiyənin İstanbul şəhərinə səfər edib.

Səfərin məqsədi Sibel Can və onun yaradıcı komandası ilə görüşüb, konsertin detalları haqda danışıqlar aparmaq olub.

Ruhi Əliyeva görüş haqda təəssüratlarını instaqram hesabında bölüşüb:

“Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər etdim, Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşdüm. Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi. Xeyli söhbət etdik.

Konsert üçün onu seçməyimizdən çox məmnun olub, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağız dolusu danışdı. Konsertlə bağlı razılığa gəldik.

"Liatris Holding"in təşkilatçılığı ilə 2019-cu ilin 8 martında Bakıda məşhur türk müğənnisi Sibel Canın konsert proqramı baş tutacaq”.

Qeyd edək ki, bu, “Liatris Holding”in təşkilatçılığı ilə türk müğənnilərinin sayca 2-ci konserti olacaq. Dekabrın 29-da Bakı Konqres Mərkəzində digər türk müğənnisi Sılanın solo konsertinin də təşkilatçısı adıçəkilən holdinqdir.


Müəllif: Aygül Qarayeva