Sabah ailə qurmaq istəyən müğənni Vüqar Muradovun toyu təxirə düşüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, buna səbəb ifaçının ailə qurmağa hazırlaşdığı xanımın əmisinin rəhmətə getməsi olub. Vüqar buna görə də toya dəvət etdiyi qonaqlarına zəng edərək toyunun olmayacağını deyib.
Xatırladaq ki, müğənni Teleqraf.com-a açıqlamasında dekabrın 17-də toyunu mediaya qapalı edəcəyini demişdi.
Qeyd edək ki, Vüqar Muradov 2016-cı ilin mart ayında nişanlanıb, elə həmin ilin iyul ayında da nişanlısından ayrılmışdı.