ABŞ-ın tanınmış şou verilişlərindən birinə qonaq olan məşhur ulduz Cenifer Lopez aparıcı Çelsi Handlerin suallarını cavablandırıb.
Cazibədar müğənni eşq həyatı ilə bağlı bilinməyənlərdən danışıb. 45 yaşlı müğənni uzun müddət davam edən münasibətlərə üstünlük verdiyini deyib:
“Hər qarşıma çıxanla yatmıram. Həqiqi münasibətlərdən, uzun müddətli əlaqələrdən xoşum gəlir”.
Cenifer eşq mövzusunda heç nəyi planlaşdırmadığını qeyd edib:
“Oturub necə bir münasibət yaşayacağımı planlaşdırmıram. Hadisələri öz axarına buraxıram. Bəlkə də planlaşdırmalıyam. Yəqin bundan sonra belə edəcəyəm”.
27 yaşlı sevgilisi Kasper Smartdan ayrılan Cenifer bu yaxınlarda təkrar onunla görüntülənmişdi. İki uşaq anası olan müğənni Kasperlə barışdıqları ilə bağlı iddiaları təkzib edib. O, artıq sevgili olmadıqlarını, dost münasibətləri davam etdiyi üçün görüşdüklərini deyib.
Tabloid.az