Əməkdar artist Dilarə Əliyeva həmkarı Məlahət Abbasova ilə müğənni Xatirə İslam arasındakı qalmaqala münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Dilarə Əliyeva bu qalmaqala görə Xatirəni qınayıb: “Məlahət heç də az iş görməyib. Türkiyədə sayılıb seçilən teatrda işləyir. Azərbaycanla Türkiyə arasında bir çox layihələrin yaradıcısı olub. Seriallara çəkilib. Mən qulluqçu rolunu da, şahzadəni də oynamışam.
Düşünürəm ki, geyimimlə bağlı kimsə nəsə desəydi, bu səhvi özümdə axtaram. Cavab vermərəm.
Amma qətiyyən kiminsə oynadığı rolu aşağılamaq olmaz. Xatirəyə bu rəy xoş deyildisə, onunla çözərdi. Mənə elə gəlir ki, çox aqressiv idi”.